Simply About Difficult

Welcome to my personal blog and portfolio!

Monday, 29 August 2011

Aşurbəyovlardan bizə çatan miras.


Göydə gördüyümuz milyonlarla ulduzdan gələn işıq hər bir axşamımızı qeyri-adi gözəlliyə bürüyür və bizə qaranliqda yol göstərir. Bəlkə də bəzilərimiz həmin ulduzlarların çoxunun sönmüş ulduz olduğunu bilmirik. O ulduzlar sönmüş olsa da onlarin əsrarəngiz işığı bizə gəlib çatır. Belə ulduzlardan biri də Bakınin məşhur qollu-budaqli varli sülaləsi olan Aşurbəyovlar sülaləsinin nümayındəsi olan Nabat xanim Aşurbəylidir. Öz sərvətini başlica olaraq Sabunçu və Zabratda olan neft yataqlarindan qazanan Ashurbəyovlar əslən Sabunçuludurlar. Bu nəslin ən ulu nümayəndələrindən biri Aşurxan Əfşardir. Nadir şah (1736 ildən başlayaraq ozunu şah elan etmişdir) Bakida özünə arxa yaratmaq məgsədi ilə türk Əfshar tayfalarini mərkəzə sürgün etmişdir. Aşur xan Nadir şahin ən yaxin sərkərdələrindən biri idi, Zabrat ve Sabunçudaki torpaglari isə Aşurbəyovlara Aşur xanin 1739-ci ildə Ağsuda galdırılan üsyanin yatırılmasında yaxından işitirakına görə verilmişdir. Bu böyük nəslin nümayəndisi olan Nabat xanim Aşurbəyova ailəsindən galan gəlirlə Sabunçu xəstəxanasinda kasib insanlarin müalicəsini öz öhdəsinə götürmuş, Şollar su kəmərinin çəkilməsinə öz yardlmını əsirgəməmiş və hal hazirda A. Topçubaşov küçəsində (əvvəl tatar küçəsi kimi tanınırdı) hamam tikdirmişdi. Məhz həmin hamam həftənin bir gunu yalniz kasiblar üçün ödənişsiz işləyirdi. Lakin, Nabat xanimin öz xalqi qarşisinda olan ən böyük xidməti Təzə Pir məscidinin tikdirilməsi idi. Hal hazirda binada Qafqaz Müsəlmanlari İdarəsinin yerləşməsi onun əzəmətini ve önəmininin göstəricilərindən biridir. Bu məscidin maraqli tarixçəsi mesinant xanimimizin heyranedici səxavətini təkrarən nümayiş etdirir.

Bakı Valiliyinin valisi Valerian Pozen 1887-ci ildə şəhərin pravoslav icması üçün kilsə tikdirmək təklifi ilə çıxış etdi. Valinin istəyi bu kilsənin Persidskaya küçəsində (indiki Muxtarov küçəsi) köhnə müsəlman qəbristanlığının yerində tikdirmək idi və o bunun üçün Sankt-Peterburgda yerləşən Ali dini qurum olan Sinoda icazə məktubu göndərdi. Amma, Ali dini qurum başcısı qebiristanliğda ölülərin basdirilmasinin yalniz 1859-ci ildən etibarən saxlandiğina görə, orada basdırılmış insanlarin ailələrindən gələn naraziçılıqdan ehtiyatlanaraq başqa yer axtarmağı tövsiy etdi. Bakı milyonçularından biri olan Z. Tağiyev həmin kilsənin Teatr meydaninda tikilmesi təklifini ireli sürdü amma bu teklif 1882-ci ilde Baki qubernatoru olan Y. Gum-Grostalin ürəyincə olmadiğindan rədd cavabi ile qarşilanmişdi. Uzun sürən mübahisələrə baxmayaraq 10 Iyul, 1886 ilde kilsənin, köhnə müsəlman qəbristanlığının yerinde tikdirilmesi sərancami verildi və onun tikilmesi memarlıq akademiki  R. Marfelde tapşirildi. Kilsənin daşqoyulma mərasimində ailesi ile Qafqaza gəzintiyə çixan  III Aleksandr tərəfindən 1888-ci ildə goyulmuşdu. Tikinti zamanı yarandigi pul qıtlığı Z.Tagiyev tərəfinden alınan 10 000 rubl ile örtülmüşdü. On ilə yaxin sürən tikinti 1898-ci ile iş icraçısı olan I.Goslavski tərəfinden sona çatdırılmışdı.




Şəhərin her yerindən kilsənin görünməsi və onun işığının bir çox binani kölgədə saxlaması Nabat xanim Aşurbəyovanin güruruna sığişdıra bilməyəcəyi bir şey idi. Bəlkə də həmin dövrün tələbati olaraq çox adamin gəbul etdiyi hadisə Nabat xanim uçun bir mənalı qarşilanmadi və o vaxt itirməmək üçün dövrünün tanınmış memarı Zivərbəy Əhmədbəyovu oz yanina dəvət edib ona bir gədər pul verib İstanbul və Qahirəyə göndərir, məscidlərin maketini ona gətirməsi tapşırığını verir.  Maketlərin içərisində məscidlərdə gördüyü gözəlliklərin hamisini bir mesciddə birləşdirmək istəyən Nabat xanim məscidi məhz kilsədən daha hündür görülməsi məqsədi ilə indiki M.F.Axundov küçəsində tikdirməyi gərara alır. Məscidi tikdirmək üçün icazə çox boyuk çətinliklər hesabina başa gəlsə də tikinti başlanildi. Məscidin tikilməsi üçün bircə şərt goyulmuşdu, onun minarələri Aleksandr Nevski kilsəsinin hündürlüyünü keçməməli idi. Nabat xanim məscidin Qafqazin ən gözəl abidələrindən olmasi üçun heç bir maddi vəsaiti esirgəmədi amma tikinitinin sonunda vəsaiti bitən Nabat xanim çixilmaz vəziyyətdə galdi. Bunu eşiden Z.Tağiyev Nabat xanima tikintini başa çatdirmaq üçün pulu ödəyə biləcəyinin xəbərini göndərir lakin Nabat xanim bu təklifi gəbul edə bilməyəcəyinin cavabini verir. Ailəsindən qalmiş daş-gaşlari satan Nabat xanim həmin məbləğlə məscidi tikdirib bitirir. Heyf ki məscidin tikintisi bitən zaman Nabat xanim onu təhvil ala bilmədi və bunu onun yerinə oğlu Haci Abbasqulu Rzayev etdi. Nabat xanim 1912-ci ildə vəfat edib öz istəyi ilə Təzə Pir məscidinin girişində basdırılmışdır.


Sovetler imperiyasinin hakimiyyəti dövründə (Daha dəgig 1936-ci ildə) kilsə partlayıcı maddə vasitəsi ilə məhv edildi. Təzə Pir məscidinin də taleyinə çox ağir günlər düşdü. 1926-cı ildən etibarən məscid kinoteatr kimi istifadə olundu, dini rəmzlər məhv edildi və sonda məscid ambara çevrildi. Zamanın keçdiyinə baxmayaq məscid öz əzəmətini itirməyib əksinə 2009-cu ildəki yenidənbərpasından sonra daha da möhtəşəm görkəm aldı lakin insanlarin etirazlarina baxmayaraq köhnə müsəlman qəbiristanliğının üzerində tikilmiş kilsənin izi-tozu qalmadi. Ramazan bayraminda Təzə Pir məscidindən gələn əzan səsi insanda ilahi hissləri sanki yenidən oyadır. Ruhun şad olsun, Nabat xanim!


29 August 2011
Baku, Azerbaijan

No comments:

Post a Comment